Musiqi təhsilləri yoxdur, lakin ifaları ilə könülləri fəth edirlər.
Teleqraf.com xəbər verir ki, ağdaşlı 2 gənc sosial şəbəkələrdə tanış olublar. Sonra isə bir yerdə ifa etməyə başlayıblar. Rayon sakinləri, saz ifaçısı 17 yaşlı Selman İbişov 24 yaşlı gitara ifaçısı Sürət Musayevlə bir ay ərzində məşqlər ediblər. Sonda istədiklərinə nail olublar.
Onların heç birinin müsiqi təhsili yoxdur. Gənc ifaçılar musiqinin sirlərini internet vasitəsi ilə öyrənirlər. Onların ifaları dinləyən hər kəsi valeh edir. Gələcəkdə onlar musqi təhsili də almaq istəyirlər.