Çində 6 yaşlı Cia Cia adlı qız 2016-cı ildə avtomobil qəzasına düşən atasının yeganə ümid yeridir.
Teleqraf.com xəbər verir ki, qəza nəticəsidə iflic olan kişini həyat yoldaşı qızı ilə baş-başa buraxaraq evdən gedib.
Balaca Cia hər gün səhər atasının əzələlərini masaj edir, dişlərini fırçalayır, əl-üzünü yuyur və daha sonra dərsə gedir.
Məktəbdən gəldikdən sonra 40 yaşlı atasına yemək bişirir, yedirdir və gəzməyə kömək edir. Balaca qızın bu hərəkətləri sosial mediadada yayılandan sonra ictimaiyyətin ailəyə diqqəti artıb.