Dünya Bankı 2030-cu ilədək Afrika ölkələrinin internetə çıxışını təmin etmək məqsədi ilə Afrikada informasiya texnologiyalarının inkişafına 25 milyard dollar məbləğində sərmayə qoymaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, Dünya Bankı Afrika qitəsinin hər bir sakininin internetə çıxışını təmin etməyi öz qarşısına məqsəd qoyub. "Afrika üçün Rəqəmsal sıçrayış", həmçinin biznes və dövlət xidmətlərinin internetə qoşulmasını nəzərdə tutur.
Dünya Bankı inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki kömək göstərmək üçün təsis edilmiş beynəlxalq maliyyə təşkilatıdır.