14 Mart 2019 07:05
752
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın “SoftBank” texnologiya nəhəngi tərəfindən NASA və ABŞ-ın “AeroVironment” aerokosmik şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanmış və günəş enerjisi ilə işləyən böyükölçülü pilotsuz təyyarə dünyanın istənilən nöqtəsini “5G” rabitəsi ilə təmin edə bilər.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, “Hawk 30” – 10 elektrik mühərriki ilə təchiz edilmiş və 20 km-dən çox hündürlükdə uça bilən pilotsuz uçan aparatdır. Pilotsuz təyyarənin qanadları əyilmiş konstruksiyaya malik olacaq.

Noyabrda NASA ilə imzalanmış kosmik akt haqqında razılaşmaya uyğun olaraq, sınaq pilotsuz təyyarəsi ilk dəfə bu həftə Kaliforniyada Uçuş Tədqiqat Mərkəzində havaya qalxa bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər