Özbəkistanın Almalık şəhərindəki Dağ-Mədən Kombinatında sumalak (səməni) bişirmək üçün 7 ton ağırlığında nəhəng qazan hazırlanıb.
Teleqraf.com xəbər verir ki, bu qazanda Novruz bayramı günlərində Fərqanə şəhərində keçiriləcək “Turizm və adət-ənənələr” festivalında tədbir iştirakçılarına və qonaqlara sumalak bişiriləcək.
Hazırlanan qazanın diametri 3,8 metr, tutumu 7 min litr, çəkisi 4600 kiloqram, dərinliyi 1,5 metrdir. Qazanın odun yandırmaq üçün altlığı isə 3,6 tondur.
Təşkilatçılar bildiirib ki, nəhəng qazanda 7 tondan artıq sumalak bişirmək mümkün olacaq. Onlar bunun Ginnesin Rekordlar Kitabına düşməsini arzulayırlar. Buna görə də mərasimə Rekordlar Kitabının nümayəndələrini də dəvət edilib.