4 Aprel 2019 01:16
3 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda elan saytlarında və sosial şəbəkələrdə təyyarə satılır. Bununla bağlı satış quruplarında elanlar yerləşdirilib.

Teleqraf.com Xəzər xəbərə-ə istinadən xəbər verir ki, satışa iki ədəd "Boing-747" təyyarələri çıxarılıb.

Apardığımız araşdırma zamanı məlum oldu ki, təyyarəni satan şəxs paytaxt sakini Əminağa Hacıyevdir. Müsahibimiz bildirir ki, elanda olan təyyarə hazırda İndoneziyadadı və o burada sadəcə vasitəçi rolunu oynayır. Onun sözlərinə görə, həmin təyyarələrin istifadə müddətləri başa çatıb. Belə təyyarələr əsasən hostel və restoran edilməsi məqsədi ilə alınır.

Müsahbimiz deyir ki, təyyarələrin bir ədədinin qiyməti 500 min dollardan başlayır.

Təyyarə motorunun 15 günlük kirayəsi isə minimum 30-40 min dollara başa gəlir.

Onun sözlərinə görə, bu təcrüb dünya təcrübəsində geniş yayılıb. Məsələn, Hollandiyada təyyarə oteli, İranda isə təyyarə restoranı var.

Əminağa Hacıyev deyir ki, bu təyyarələri alıb hava nəqliyyatında da istifadə etmək olar. Bu cür motorlu təyyarələrin 1 ədədinin qiyməti isə 2 milyon dollardan başlayır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər