14 Aprel 2019 00:57
3 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Konya şəhərində qeyri-adi tibbi əməliyyat həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, anadangəlmə cinsi orqanı olmayan, bətni isə iki hissədən ibarət olan 17 yaşlı P.Y.-yə 3 saatliq əməliyyatla yoğun bağırsaqdan cinsi orqan qoyulub.

Əməliyyatı həyata keçirən qadın xəstəlikləri və doğuş uzmanı Naim Ünsal qalın bağırsaqdan düzəldilən cinsi orqanın P.Y-nın uşaqlıq borusu ilə birləşdirildiyini deyib. O, dünyada bu cür əməliyyatın ikinci dəfə həyata keçirildiyini, gənc qız hamilə qalarsa isə bunun dünayada bir ilk olacağını açıqlayıb.


Müəllif: Teleqraf.com