Birləşmiş Ştatlarda Feniks şəhərindən (Arizona) Dallasa (Texas) bağlama aparmalı olan poçt yük maşınlarının sınağına başlanıb.
Teleqraf.com xəbər verir ki, "TuSimple" yük maşınları çatdırılmanı kabinadan pilotsuz nəqliyyat vasitəsinin işini müşahidə edəcək sürücü və mühəndisin nəzarəti altında yerinə yetirəcək.
Bildirilir ki, yük maşınlarında quraşdırılmış kameralar min kilometr məsafədən mümkün təhlükəni qeydə almağa imkan verəcək.