4 İyun 2019 01:15
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Əskişəhər şəhərində yaşayan azərbaycanlı Elşən İbrahimov pulla dolu torbanı yanlışlıqla zibilliyə atıb.

Teleqraf.com xəbər verir ki, Elşən qardaşı Vüqar İbrahimova məxsus, içərisində 7 min 401 dollar, 800 min avro və 10 manat olan torbanı zibilliyə atıb. Pulu çölə atdığını sonradan başa düşən Elşən dərhal polisə müraciət edib.

Qısa müddət sonra azərbaycanlı qardaşların pulu Əskişəhər-Seyitqazi yolu üzərində yerləşən zibillikdən tapılaraq təhvil verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər