Şəbəkə təhlükəsizliyinin təmin edilməsi üzrə ixtisaslaşmış “SonicWall” şirkətinin məlumatına görə, 2019-cu ilin birinci yarısında dünyada fırıldaqçı virusların köməyi ilə 110,9 milyon kiberhücum həyata keçirilib. Bu göstərici ötən illə müqayisədə 15% daha çoxdur.
Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, belə zərərverici proqramlar tez-tez bir çox ölkələrdə cinayətkarlar tərəfindən istifadə olunur. Almaniya, Hindistan və ABŞ-da 2019-cu ilin yanvar-iyun aylarında şifrləyicilər vasitəsi ilə həyata keçirilmiş hücumların sayı müvafiq olaraq 71%, 62% və 21% azalıb.