9 Avqust 2019 08:05
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Spy Kids” (“Çılğın uşaqlar”), “Machete” (Baş ülgücü) filmlərində rol almış Hollivud ulduzu Danny Trejo avtomobil qəzasında maşında sıxışıb qalan bir uşağı digər şahidin köməyilə çıxarıb.

Teleqraf.com xəbər verir ki, əvvəlcə qırılan pəncərədən içəri keçməyə çalışan aktyor bunu bacarmayıb.

Köməyə gələn Monika Cekson adlı qadının maşının pəncərəsindən sürünərək içəri keçib uşağa taxılan təhlükəsizlik kəmərini çıxartmasıyla uşaq xilas edilib.

Maşında uşaqdan başqa bir yaralı qadının olduğunu da vurğulayan aktyor qadının onlardan uşağı xilas etmələrini xahiş etdiyini bildirib.

75 yaşlı aktyor instagram hesabında bu hadisəylə paylaşdığı xəbərdə sürücülərə yollarda diqqətli olmalarına dair xəbərdarlıq edib.


Müəllif: İmamət İsmayılova