16 Avqust 2019 07:05
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Facebook” şirkətinin rəsmisi eyniadlı sosial şəbəkənin milyonlarla istifadəçisinin səsli mesajlarını deşifrə etmək üçün yüzlərlə podratçı işə cəlb etdiyini etiraf edib.

Teleqraf.com xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən “Bloomberg” dərgisi yazıb.

Kənar podratçılar səsli mesajların deşifrəsi ilə məşğul olan “Facebook”un süni intellektini yoxlayıblar. Sosial şəbəkənin nümayəndələri əminliklə bildiriblər ki, mesajları dinlənilmiş və təhlil edilmiş istifadəçilər bu əməliyyatın həyata keçirilməsinə özləri razılıq veriblər.

“Bloomberg” dərgisinin jurnalistləri yazırlar ki, “Facebook”un siyasətində istifadəçi məzmununun toplanılması imkanı haqqında qeyd olunub, ancaq sənədlərdə səsli mesajlar haqqında konkret informasiya yoxdur.

Səsli mesajların deşifrəsi ilə məşğul olan podratçı şirkətlər “Facebook” üçün işlədiklərini bilməyiblər. Onlar bütün mesajları anonim şəkildə alıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər