21 Avqust 2019 23:48
1 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin ən yaşlı tələbəsi yenə Ağcabədi rayon sakini olub. On ildən çoxdur ki, hər il ali məktəbə qəbul olan Kərəm Süleymanov bu dəfə isə Bakı Dövlət Universitetinə qəbul olub. Onun yaşlı olmasına baxmayaraq hər il qəbul imtahanlarında iştirak etməsinin maraqlı səbəbi var.

Müəllim özü həm şagirdləri ilə həm də övladları ilə qəbul imtahanlarında yarışır.

Ağcabədi rayon, Sarıcalı kənd sakini 54 yaşlı Kərəm Süleymanov sonradan təhsilini davam etdirməsə də 10 ildir ki,qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olur. Kərəm Süleymanov deyir ki, bu müddət ərzində həm hazırlaşdırdığı şagirdlərlə həm də öz qızı ilə birgə qəbul imtahanlarına girib.O, Hər il ayrı -ayrı fakultələrə qəbul olraq, bir neçə şagirdindən, ötən il isə qızından yüksək bal toplayıb. Lakin sonradan məyyən səbəblərdən təhsilini davam etdirməyib.

Kərəm Süleymanov 54 yaşı olmasına baxmayaraq bu il də 531 bal toplayaraq Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. O deyir ki, bundan sonra da çalışacaq ki, 4 il üzərində işləyərək balaca qızı imtahan verəndə onunla bərabər yarışsın.

Ən maraqlısı budur ki, Kərəm Süleymanov ixtisasca müəllim deyil. Amma "Fizika, "Riyaziyyat" və "Kimya" fənlərindən abituriyent hazırlayır. Özü isə hazırladığı abutiryentlərlə bərabər imtahanlarda iştirak edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər