4 Sentyabr 2019 08:16
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Volkswagen Group" şirkəti Rusiyada 6,7 minə yaxın "Audi" markalı avtomobili geri çağırıb.

Teleqraf.com-un məlumatına görə, qərar bir neçə qüsurun qeydə alınması ilə əlaqədardır.

Belə ki, 6679 avtomobil qanad altlığının fiksatorunda qeydə alınan qüsurlarla əlaqədar, daha 3 avtomobil ön panellərin dəyişdirilməsi məqsədilə geri çağırılıb.

Qeyd edək ki, geri çağırılma 2017-2019-cu illər arasında Rusiyada satılmış A5 modellərinə şamil olunur.


Müəllif: Teleqraf.com