Bir sıra genlərin blok edilməsi qocalma prosesini ləngidir.
Teleqraf.com xəbər verir ki, ötən əsrdə və son illərdə aparılan bir sıra elmi araşdırmalar bu qənaətə gəlməyə səbəb olub.
Hollandiya, İngiltərə və Çindən olan mütəxəssislər hesab edirlər ki, qocalma prosesində ən vacib rolu birinci tip (MC1R) melanokortin reseptor geni rol oynayır. Bundan başqa, nsd1geninin mutasiya olunmuş variantı da bu prosesdə iştirak edir. Ötən il isə amerikalı alimlər bu siyahıya CD36 genini əlavə ediblər. Bu gen hüceyrələrin bölünməsi prosesinin dayanmasına xidmət edir.