5 Yanvar 2020 22:26
1 154
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yer kürəsinin ən qoca sakini Kane Tanaka 117 yaşını qeyd edib.

Məlumata görə, uzunömürlü qadının yaşadığı qocalar evində əlamətdar gün münasibətilə tort, şarlar və şamlardan ibarət əyləncə gecəsi təşkil olunub.

Qocalar evinin rəhbərliyi tərəfindən təşkil edilən mərasimə həmçinin kirayənişinlər də qoşulub. Mərasim iştirakçıları çiyələklə və kremlə bəzənmiş böyük torta qonaq olub.

"Çox dadlıdır. Yenə istəyirəm", - təntənənin səbəbkarı deyib.

Kane Tanaka 1903-cü ilin 2 yanvarında Fukuoka prefekturasında doğulub. O, doqquz uşaqlı ailədə yaşca yeddinci olub.

Kane Tanakanın adı 9 mart 2019-cu ildə Yer planetinin kişilər və qadınlar arasında ən qoca sakini kimi Ginnesin “Rekordlar” kitabına düşüb. Həmin vaxt qadın 116 yaş 66 günlük idi.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər