Sərvətini 4 ay ərzində 15 milyard dollar artıran Fransanın LVMH şirkətinin rəhbəri Bernard Arnault ABŞ-ın “Amazon” şirkətinin rəhbəri Cef Bezosu qabaqlayaraq dünyanın ən varlı insanı olub.
Teleqraf.com xəbər verir ki, fond birjalarında “Amazon”un səhmləri 0,7% ucuzlaşıb, LVMH-ın səhmləri isə 0,7% bahalaşıb. Bununla da fransız iş adamı dünyanın ən zəngin insanına çevrilib.
C.Bezosun şəxsi sərvəti 760 milyon dollar azalaraq 115,6 milyard dollara düşüb, B.Arnaultun şəxsi sərvəti isə 1,9 milyard dollar artaraq 117 milyard dollara çatıb.