24 Mart 2020 18:57
3 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Yerin məsafədən zondlaşdırılması üçün orbitə bir neçə peyk göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə “China News Network” məlumat yayıb.

Məlumata görə, peyklərin göndərilməsi uğurla yekunlaşıb.

Qeyd edilir ki, 30 kosmik aparat orbitə “Çançjen-2-Si” adlı raket daşıyıcısının köməyi ilə çatdırılıb.

Portalın məlumatına görə, buraxılış yerli vaxtla 11:43-də Siçan kosmodromundan edilib.

Peyklərin planetin elektromaqnit sahəsini öyrənmək və texniki sınaqlar keçirilməsi üçün istifadə ediləcəyi qeyd olunur.


Müəllif: Səxavət