21 Aprel 2021 00:39
2 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

"WhatsApp" mesencerində yeni dələduzluq növü yayılmağa başlayır.

Teleqraf.com xəbər verir ki, istifadəçi qrup çatlarının birində mesencerin rəsmi yenilənməsi donunda gələn ismarıcda “çəhrayı tema” (pink theme) yükləmək üçün linkə girmək təklif olunur. Dərhal hədəfə düşən smartfona mesencer donuna bürünən və akaunt məlumatlarını istəyən proqram yüklənir.

Zərərli proqramı yükləyən istifadəçilərə həmin tətbiqi silərək "WhatsApp"ın bütün akauntlarından çıxmaq, hətta parolu dəyişdirmək tövsiyə olunur.

Bir qədər əvvəl "WhatsApp"da istifadəçilərə mesencerə saxta dəstək sorğusu göndərməklə onların akauntlarının bağlandığı barədə məlumat yayılmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər