Avstraliya Universitetinin tədqiqatçıları ilk dəfə Yer kürəsindən kənarda radioaktiv izotop kəşf ediblər.
Teleqraf.com xəbər verir ki, tədqiqatın nəticələri planetimizdəki elementlərin mənşəyi ilə bağlı vacib suallar yaradıb.
Tədqiqatçı Anton Vallnerə görə, fizikada ən çox diqqət çəkən üç sualdan biri, ağır metalların necə əmələ gəldiyini araşdırır. Çünki insan həyatı üçün vacib olan dəmir, kalium və yod kimi ağır metallar supernovalarla birlikdə əmələ gəlir.
Plutonium, qızıl və uran kimi ağır metalların iki neytron ulduzunun birləşməsi kimi hadisələrlə yarandığı ehtimal olunurdu. Amma Sakit okeanda 1.5 kilometr dərinlikdə alınan nümunələrdə görülən plutonium-244 izotopu elm adamlarını təəccübləndirib. Dəmir-60-ın radioaktiv izotopu araşdırılan okean qabığında da tapılıb.
“Bizim əldə etdiyimiz məlumatlar supernovaların həqiqətən plutonium-244 yaratdığına dair ilk dəlil ola bilər. Bəlkə izotop supernovanın partlamasından əvvəl ulduzlararası boşluqda olub və supernovanın püskürməsi ilə günəş sistemindən itələnib”, - Vallner qeyd edib.
Tədqiqat qrupu 4 milyard il əvvəl Yerin ulduzlararası qaz və tozdan meydana gəldiyi zaman orada olan hər hansı bir plutonium-244 və dəmir-60-ın çürüyəcəyini söyləyor. Beləliklə, bu iki izotopun Yer ətrafında baş verən şiddətli kosmik hadisələrin sübutu olduğu düşünülür.