22 May 2021 17:49
2 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin 20 lüləli, fırlanan nəhəng “Qatlinq” topunu sınaqdan keçirir, bu, Silahlı Qüvvələrin arsenalındakı digər sistemlərdən təxminən iki dəfə böyükdür.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Drive” məlumat yayıb.

Amerika nəşri yazır ki, internetin Çin seqmentində yayılan fotoşəkillər yeni silahın sınaqlarının yanvar, mart və aprel aylarında baş tutduğunu göstərir.

“The Drive”-a görə, bu silah dəniz və hava qüvvələrinin raketdən müdafiə sistemlərinin tərkib hissəsi olacaq.

Nəşr silahın kalibri haqda məlumat verməkdə çətinlik çəkib, bununla yanaşı, dəqiqədə təxminən 11 min atış həyata keçirdiyini qeyd edib.

“Popular Mechanics” jurnalı bundan əvvəl ABŞ Ordusu üçün “Future Attack Reconnaissance Aircraft” (FARA) layihəsi çərçivəsində Rusiyanın hava müdafiə sistemlərinə qarşı dağıdıcı və yüksək dəqiqlikli top sistemi hazırlanması haqda məlumat vermişdi.


Müəllif: Mənsur Rəğbətoğlu