Amerikalı milyarder Bill Qeyts qatıldığı bir paneldə göz yaşları içində həyat yoldaşı Melinda Qeyts ilə boşanmasının öz günahı olduğunu söyləyib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
O, evliliyi ilə əlaqədar baş verənlərin hər şeyi alt-üst etdiyini etiraf edib. Boşanmadakı əsas səhvi özünün etdiyini söyləyib.
Qeyts cütlüyünün boşanmasında 130 milyard dollarlıq sərvətin necə bölüşdürülməsi də müzakirə mövzusudur.
Bill Qeyts mayın 3-də 27 illik həyat yoldaşı və üç uşağının anası Melindadan ayrıldığını açıqlayıb.