“WhatsApp” messencerində 90 gündən sonra avtomatik surətdə silinən mesajlar yazmaq mümkün olacaq.
Teleqraf.com xəbər verir ki, funksiyanı 2.21.17.16 yeniləməsi ilə əldə etmək olar.
Lakin bu funksiya yalnız “Android” əməliyyat sistemli smartfonların istifadəçiləri üçün əlçatan olacaq. Bir gün və yeddi gündən sonra mətnlərin avtomatik olaraq silinməsi imkanı da saxlanacaq.
Xatırladaq ki, “WhatsApp” rəhbərliyi 2021-ci ildə məxfiliyi artırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün messencerə bir sıra funksiyalar əlavə edib. Belə yeniliklərdən biri ötürülən məlumatların məxfiliyini təmin edən fotoşəkil və ya videoya cəmi bir dəfə baxmaq funksiyasıdır.
Bundan əlavə, çatdakı söhbətlərin ötürülməsi funksiyası tətbiq olunub. Bununla da yeni smartfona keçid halında vacib mesajları, sənədləri və yazışmaları tam şəkildə saxlamaq olacaq.