Bəşəriyyət Marsda həyata çox yaxınlaşıb. ABŞ Aeronavtika və Kosmos İdarəsi (NASA) və İlon Maskın “Space X” şirkəti bununla əlaqədar işlərini sürətləndirib.
Teleqraf.com xəbər verir ki, Marsa göndərilən “Perverance” kosmik gəmisi Mars haqqında Yerə çox mühüm məlumatlar göndərib.
Mövzu ilə maraqlanan alim, professor Entoni Rikkardinin araşdırması isə hər kəsi qorxuya salıb.
Rikkardi məsələ ilə əlaqədar hazırladığı hesabatı açıqlayıb.
Professor bəşəriyyətin Marsdan geri çəkilməli olduğunu bildirdiyi hesabatda qeyd edib:
“Yadplanetlilərin hücum ehtimalı hər zamankindən daha çox artıb. Bu, tamamilə insanların Marsda gördüyü işlərlə bağlıdır. Bu araşdırmalar dayandırılmazsa, hücum riski artacaq”.
Rikkardi həmçinin Marsa göndərilən kosmik gəmiyə yapışan bakteriya və təhlükəli maddələrin Yerə daşına biləcəyini və bunun dünyadakı həyat üçün təhlükə yaradacağını bildirib. O, kosmosdan gələn canlıların sağ qalma risklərinin nəzərə alınmalı lazım olduğunu diqqətə çatdırıb.