Türkmənistanda keçirilən "Üzvi bostançılıq və onun ətraf mühitə töhfəsi" adlı seminarın Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün namizədliyi irəli sürüləcək.
Teleqraf.com “Neytral Türkmənistan” qəzetinə istinadla xəbər verir ki, oktyabrın 28-də keçirilmiş seminar açıq havada təşkil olunan ən böyük tədbir nominasiyası üzrə rekord yerə iddialıdır.
Tədbirdə 500-dən çox kənd təsərrüfatı mütəxəssisi, eləcə də dünya rekordlarının təşkili üzrə dövlət müşaviri Aydın Türkqucu iştirak edib.
Seminar zamanı iştirakçılar 500 üzüm tinginin əkilməsi mərasiminə də qatılıblar.
Qeyd edək ki, 2018-ci ildə Türkmənistanda dünyanın ən böyük velosiped dərsi, 2019-cu ildə isə ən uzun birxətli velosiped paradı keçirilib. Hər iki hadisə Ginnesin Rekordlar Kitabına düşüb.