Son aylar tez-tez Günəş partlayışı Yer kürəsini vurur. Bu səbəbdən Yer kürəsinin böyük ehtimalla geomaqnit qasırğa zərbəsi ilə üzləşəcəyi düşünülür.
Teleqraf.com xəbər verir ki, Günəş qasırğaları xəbərlərinin artmasına səbəb Yerin 11 illik Günəş tsiklində olmasıdır.
Qarşıdakı bir neçə gündə Yer kürəsini yeni Günəş qasırğasının vuracağı gözlənilir. Noyabrın 3-də baş verən fırtınada zərər qeydə alınmayıb. Amma noyabrın 3-dəki olayda maraqlı gəlişmə baş verib. Günəş qasırğası səmada nadir çəhrayı işıqların yaranmasına səbəb olub. İşıqlar Qrenlandiya ətrafında görülüb.
Elm adamları bu partlayışlardan sonra Karrinqton hadisəsini xatırladıblar. 1859-cu ildəki püskürmə indiyə qədər qeydə alınan ən böyük Günəş fırtınası kimi tanınır. Nəhəng partlayış Parisdən (Fransa) Bostona (ABŞ) qədər elektrik enerjisinin kəsilməsinə səbəb olmuşdu.
Elm adamlarına görə, ekvatorial koronal dəlik Günəş küləyi və Yerin maqnitosferi ilə qarşılıqlı təsir nəticəsində yarana bilər.
Koronal ventilyasiya Günəş atmosferindən atılan yüklü hissəciklərin partlamasıdır. Bu hissəciklər Yerin maqnit sahəsi ilə qarşılıqlı əlaqədə olarkən nəfəskəsən görüntülər yaradır. Amma bu, elektrik şəbəkələrinə zərər verə və ya əvvəllər də olduğu kimi kosmik gəmilərin işini və peyk rabitəsini poza bilər.
Mütəxəssislər belə olaylar nəticəsində dünyanın qaranlığa qərq ola biləcəyinə diqqət çəkirlər. Yerin maqnit sahəsində durum qeyri-sabitdir, buna görə problemlər günlərlə və hətta həftələrlə davam edə bilər.
Ötən aylarda Yer kürəsini müəmmalı Günəş fırtınası vurmuşdu. İyunun 25-də axşam saatlarında G1 sinifli geomaqnit qasırğası baş vermişdi. Bu, peykləri sıradan çıxararaq ABŞ-ın iki ştatında geomaqnit qasırğalarına səbəb olmuşdu.