İngilis şair Uilyam Şekspirlə bağlı bu günə qədər gəlib çıxan cəmi iki incəsənət əsəri var. Amma hər ikisi ölümündən sonra təsvir edilib.
Teleqraf.com xəbər verir ki, ortaya çıxan yeni tablonun Şekspir sağ ikən çəkildiyi iddia olunur.
1608-ci ilə aid portreti Şimali Yorkşirdəki “Svinton Evi”ndə çəkilib. Portret “adının Şekspir olduğunu söyləyən 44 yaşlı centlmenin portreti” kimi kataloqa salınıb.
Tarixi əsərlər mütəxəssisi Dunkan Filips ingilis rəssamı Robert Pikin əsərini araşdırarkən həmin kataloqu görüb. Məlumata görə, portret 1975-ci ildə keçirilən hərracda cəmi 400 funta satılıb. Ekspertin sözlərinə görə, onun Şekspirin aid olması ehtimalı portreti əvəzolunmaz edir.
Hərraca çıxarılacaq portretin qiymətinin 10 milyon sterlinq olacağı təxmin edilir.
Bununla belə, özünü Şekspir araşdırmaçısı kimi tanıdan Maykl Dobson bunu “xəyalpərəstlik” adlandırıb.
Uilyam Şekspirin yalnız iki rəsm əsəri etibarlı sayılır. Martin Dreşautun 1623-cü ildə hazırladığı qravür, digəri isə Stratford-upon-Avondakı kilsədə qoyulan büstdür.