21 May 2023 13:12
3 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filadelfiyadakı Pensilvaniya Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, gecə işləyən kişilər bioloji ritmlərin pozulmasına daha həssas ola bilərlər.

Teleqraf.com xəbər verir ki, "Science Translational Medicine" jurnalında araşdırma bunu deməyə əsas verir.

Böyük Britaniyada 90 000-dən çox növbəli işçinin məlumatlarından istifadə edən tədqiqatçılar müəyyən ediblər ki, kişilər bioloji saatın pozulmasına daha həssasdırlar.

Araşdırmada qeyd olunur ki, gecə işləyən kişilərdə qadınlara nisbətən metabolik sindrom riski daha yüksəkdir. Qadınlarda olan dəyişikliklər kişilərə nisbətən daha az zərərlidir.


Müəllif: Pərvin Cəfərova