25 Noyabr 2023 08:00
1 720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollivud aktyorları Bred Pitt və Ancelina Colinin Nyu Orleandakı malikanəsi hərraca çıxarılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.

Dekabrın 11-nə planlaşdırılan hərracda başlanğıc qiymət 5,35 milyon dollar olacaq.

Məşhur cütlük malikanəni 2007-ci ildə 3,5 milyon dollara alıb. Cütlük 2016-cı ildə mülkdən ayrılıb və iki il sonra boşanıblar. 2017-ci ildə əmlak təmir edilib.

Ev 1830-cu illərin Paris malikanələrini xatırladır.


Müəllif: Teleqraf.com