26 Noyabr 2023 23:24
1 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarix və elm dünyasının iki aparıcı şəxsi - İlbər Ortaylı və Celal Şengör Bakıda bir araya gəliblər.

Teleqraf.com xəbər verir ki, Bakı Konqres Mərkəzində Celal Şengör və İlber Ortaylının “Dünyada mövcud beyin köçü” adlı master-klassı baş tutub.

Tədbirin açılış mərasimi Azərbaycan və Türkiyə dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbir zamanı dörd modul üzərində danışıqlar olub.

İlk olaraq dünyada mövcud beyin köçü moduluna toxunulub. Daha sonra dünyada mövcud 270 münaqişə ocağı, 250 Yaxın Şərqdə; nizamlanan Yaxın Şərq və Böyük Yaxın Şərq layihəsi; texnologiyanın inkişafı və bu inkişafın gələcək nəsilə təsiri mövzularına toxunulub.

Qeyd edək ki, master-klassda mütəxəssislər, rəhbər şəxslər, biznes və fərdi sahibkarlar, tələbələr iştirak ediblər.


Müəllif: Teleqraf.com