29 Dekabr 2023 01:14
2 423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın İnsbruk Universitetinin alimləri müəyyən ediblər ki, təmiz havada sürətlə gəzmək siqaretə olan həvəsi azaldır.

Teleqraf.com xəbər verir ki, tədqiqat çərçivəsində 18 yaşdan yuxarı 16 siqaret çəkən şəxsin iştirakı ilə üç fərqli təcrübə aparılıb.

İştirakçılar təsadüfi qaydada açıq havada on dəqiqəlik sürətli gəzintiyə çıxıb, qapalı qaçış meydançasında oxşar məşq edib və on dəqiqə oturaq vəziyyətdə qalıblar.

Hər mərhələdən əvvəl və sonra onların siqaretə tələbatı qiymətləndirilib. Bu zaman, fizioloji və psixoloji əlamətlər də (depressiv əhval-ruhiyyə, əsəbilik, narahatlıq, konsentrasiyanın çətinləşməsi və s) nəzərə alınıb.

Nəticələr göstərib ki, açıq havada sürətlə yerimək siqaret çəkmək istəyini xeyli azaldıb. Bununla belə, qeyd olunub ki, açıq havada məşqlər 10 gün dayandırıldıqda siqaretə olan həvəs yenidən artır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər