19 Yanvar 14:25
3 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qlobal iqlim böhranı səbəbindən Qrenlandiyanın buz təbəqəsi saatda orta hesabla 30 milyon ton buz itirir, bu da əvvəllər təxmin edildiyindən 20 faiz çoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

Araşdırmanın nəticələri göstərir ki, 1985-ci ildən bəri Qrenlandiya 1 trilyon ton buza bərabər olan təxminən 5000 kvadratkilometr buz sahəsini itirib.

2003-cü ildən bəri hər il 221 milyard ton buz itirilib, bu da ildə 43 milyard ton və ya saatda orta hesabla 30 milyon ton artım deməkdir.

Əlavə buz itkisinin aşkarlanması Yer kürəsinin enerji balansını hesablamaq üçün də vacibdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər