Böyük Britaniya Almaniyaya Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükü ilə bağlı müzakirələrə son qoyacaq bir həll təklif edir.
Teleqraf.com Almaniya mətbuatına istinadən xəbər verir ki, London bu raketləri Berlindən almaq istəyir və bu, ingilislərə özlərinin “Storm Shadow” raketlərini daha çox Kiyevə göndərmək imkanı verəcək.
Həmçinin bildirilir ki, hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur. Beləki, Almaniya kansleri bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.