Heydər Əliyevin toylarında iştirak etdiyi italiyalı cütlük Baku TV-yə müsahibə verib.
Teleqraf.com xəbər verir ki, 1997-ci il sentyabrın 27-də İtaliyanın Piazzetta meydanında keçirilən toy mərasimləri zamanı Heydər Əliyevlə görüşən Roberto və Qabriella Kaso həmin günlə bağlı xatirələrini bölüşüblər.
Q.Kaso Heydər Əliyevlə görüşün onlar üçün sürpriz olduğunu bildirib:
“Gəzintidə olduğumuz vaxt Prezident bizi yanına dəvət etdi və xeyir-dua verdi. Bu möcüzəli an bizi çox xoşbəxt etdi”.
Q.Kaso ümummilli liderlə görüşün evlilik həyatları üçün uğurlu olduğunu deyib:
“O, bizə toy hədiyyəsi olaraq Azərbaycan xalçası verdi. Bu, hədiyyə bizim üçün çox böyük mənəvi əhəmiyyət kəsb edir. Biz 26 ildir ki, həmin xalçanı evimizdə saxlayırıq”.