14 Fevral 11:47
3 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günəş ətrafında 1 milyondan çox asteroid var və onların üzərindəki suların çoxdan buxarlandığı düşünülürdü. Bununla belə, SOFIA teleskopunun məlumatları əsasında aparılan yeni araşdırmada İris və Massaliya asteroidlərində su tapılıb.

Teleqraf.com xəbər verir ki, 199 kilometr diametrə malik İris digər asteroidlərin təxminən 99 faizindən daha böyükdür.

Mars və Yupiter arasındakı asteroid qurşağında yerləşən İrisə bir orbitini tamamlamaq üçün 3.7 il lazım olur.

Massaliya isə 135 km diametrdədir, orbiti baxımından İrisə bənzəyir.

Günəş sistemindəki asteroidlərin tərkibi və quruluşu bir qədər fərqlidir. Günəşə daha yaxın yerlərdə buzsuz silikat asteroidləri üstünlük təşkil edir, daha uzaqlarda buzlu asteroidlərə daha çox rast gəlinir.

Araşdırmanın müəlliflərindən biri Anisiya Arredano spektral xətlərin gücünə əsaslanaraq, asteroidlərdə suyun həcmi və yayılmasının Ayda tapılanlara uyğun gəldiyini deyir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər