16 Fevral 11:37
3 371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları 2022-ci ildə NASA-nın (ABŞ Milli Kosmos Agentliyi) rentgen teleskopları tərəfindən qeydə alınan kosmosdan gələn qəribə radiodalğaların səbəbini öyrənməyə yaxınlaşıblar.

Teleqraf.com xəbər verir ki, yeni araşdırma Günəşin il ərzində buraxdığı enerji qədər bir saniyədən də az müddətdə enerji buraxa bilən sürətli radiopartlayışların izahını təqdim edir.

Enerji partlayışı nadir neytron ulduzu növü olan maqnitardan gəldi. Bu cismin son dərəcə güclü maqnit sahəsi var, normal neytron ulduzundan milyardlarla dəfə güclüdür. İndiyədək cəmi 30-a yaxın belə maqnitar tapılıb.

Sürətli radiopartlayış SGR 1935+2154 adlı maqnitardan, təxminən 19 km enində və 30 000 işıq ili uzaqlıqda yerləşən obyektdən gəlir. 2020-ci ildə bu maqnitarda ilk sürətli radiopartlayış qeydə alınıb. Proses 2022-ci ildə yenidən təkrarlanıb.

Tədqiqatçılar deyirlər ki, maqnitar qəfil sürətli fırlanmağa başlayanda sürətli radiopartlayış müşahidə edilib.

Maqnitar saniyədə təxminən 3.2 dəfə, saatda 11 000 km-dən çox sürətlə fırlanır. Bu o deməkdir ki, onun sürətində artım və ya azalma böyük həcmdə enerji tələb edir. Doqquz saat sonra öz normal sürətinə qayıdır, əvvəlki sürəti isə bundan 100 dəfə çox olur.

Nasazlıq baş verdikdə maqnitarın normal sürətə qayıtması həftələr və ya aylar çəkir.

Bundan əlavə, elm adamları 2022-ci ildə sürətli radiopartlayışdan əvvəl maqnitarın güclü rentgen və qamma şüaları yaymağa başladığını üzə çıxarıblar.

Tədqiqatçılar hələ də sürətli radiopartlayışa nəyin səbəb olduğunu dəqiq bilmirlər, amma bunun maqnitarın quruluşu ilə bağlı ola biləcəyinə inanırlar. Cismin xarici hissəsi bərkdir və cazibə qüvvəsi daxili qatını “supermaye” adlandırılan hala gətirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər