23 Fevral 00:53
2 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Radarlardan yayınmaq üçün müxtəlif üsullara əl atan şəxslər məsuliyyətə cəlb olunacaq.

Teleqraf.com Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, avtomobilinin ön şüşəsinə həmin nəqliyyat vasitəsinə aid olmayan saxta nömrə nişanları yerləşdirərək xüsusi texniki vasitələrin iş prinsipini pozmağa cəhd edən sürücülər DYP əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunublar.

Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə müraciət edərək qeyd olunan əməlin qanunvericiliyə zidd olduğunu bildirir və belə hallar aşkarlandığı təqdirdə ciddi tədbirlərin görüləcəyini diqqətə çatdırır.

Qeyd edək ki, şəxsin avtomobilin ön şüşəsinə yerləşdirdiyi nömrə “Kurtlar Vadisi” serialında Polad Alemdar obrazına aid idi.


Müəllif: Teleqraf.com