23 Mart 22:42
1 816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalında xilasetmə əməliyyatları zamanı sapı üçrəngli rəngə boyanmış və üzərində “Rusiyanın azadlığı naminə” yazısı olan “Kalaşnikov” avtomatı aşkar edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Baza Telegram" kanalı məlumat yayıb.

Bundan əlavə, iş zamanı təhlükəsizlik işçiləri xilasedicilərə tapılan bütün telefonları toplamaq göstərişi verib, çünki terrorçulardan birinin smartfonunu itirməsi barədə məlumat var.

Nəşrin məlumatına görə, terrorçular "Crocus City Hall"un içərisində insanların qarşısını almaq üçün qəza çıxışlarını qəsdən yandırıblar. Əməliyyat xidmətlərinin əməkdaşları terrorçuların binanı təsadüfi yandırmadıqlarını müəyyən ediblər. Onlar qəza çıxışlarına yaxın yerləri seçiblər.

"Crocus City Hall"da terror aktı martın 22-də axşam saatlarında "Piknik" qrupunun konsertindən əvvəl baş verib. Kamuflyaj geyinmiş naməlum şəxslər binaya girərək atəş açıblar, bundan sonra bir neçə partlayış səsi eşidilib və yanğın başlayıb.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, 50 qurbanın şəxsiyyəti əvvəllər müəyyən edilib. Daha onlarla cəsədin şəxsiyyəti müəyyən edilməkdədir.


Müəllif: Pərvin Cəfərova