17 İyun 23:18
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 10 ildə televiziya və çap mediasının auditoriyası kəskin azalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Oksford Universitetinin araşdırmasında qeyd olunub.

Hesabata görə, dünyada xəbər oxuyan, dinləyən və baxanların sayı getdikcə azalır. Buna səbəb isə yayımlanan xəbərlərin üzücü, qəddar və darıxdırıcı görünməsidir. Hesabata görə, dünyada hər 10 nəfərdən dördü gündəlik xəbər oxumaqdan uzaq durduğunu bildirib. 2017-ci ildə 29 faiz olan bu nisbət yeni hesabatda 39 faiz olaraq dəyişib.

Ənənəvi xəbər mənbələrinin auditoriyasının son 10 ildə kəskin şəkildə azaldığı da hesabatda öz əksini tapıb. Bundan başqa hesabatda gənclərin xəbərləri internet və ya sosial media vasitəsilə almağa üstünlük verdiyi bildirilib.

Xəbərləri izləmək üçün ən vacib sosial media platforması uzun müddətdir ki, tənəzzülə uğrasa da, hələ də "Facebook"dur. "YouTube" və "WhatsApp" da çoxları üçün vacib xəbər mənbələri olaraq qalır. Hesabata görə, ən maraqlısı isə "TikTok"un ilk dəfə "X" platformasını (keçmiş Twitter) qabaqlamasıdır. 18-24 yaşlı gənclərin 23 faizi xəbərləri izləmək üçün "TikTok"dan istifadə edir.

Xəbərləri izləmək üçün "YouTube"dan istifadə edənlərin nisbəti "X"lə müqayisədə yüzdə 13-dür.

Hesabatda qeyd olunub ki, bu dəyişikliklərə görə video internetdə xüsusilə gənc qruplar üçün daha vacib xəbər mənbəyinə çevrilib və ən çox diqqət çəkənlər qısa xəbər videolarıdır.


Müəllif: Arzu