Yaponyada dərmandan zəhərlənən 500 nəfər xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə Nazirliyi açıqlama yayıb.
Açıqlamada qeyd edilib ki, "Kobayashi Pharmaceutical Company" tərəfindən istehsal edilən tərkibində qırmızı düyü mayası olan dərman xolesterolu azaltmaq üçün istifadə edilib. Xəstəxanaya yerləşdirilən 5 nəfər ölüb.
Şirkət həkim resepti olmadan alına bilən bu əlavələri geri çağırıb və vəziyyətlə bağlı araşdırma başlanılıb.