"Telegram"ın təsisçisi Pavel Durov fırıldaqçılara qarşı mübarizə planları barədə məlumat verib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, öz "telegram" kanalında paylaşım edib.
O bildirib ki, tezliklə ictimai şəxslərin "telegram" hesablarında kanalın yaradıldığı tarix və onun üstünlük verdiyi auditoriyanın ölkəsi göstəriləcək. Bu məlumatlar real kanalı saxta kanaldan ayırmağa kömək edəcək. Həmçinin, Durovun sözlərinə görə, şirkətlər kanalları yoxlamaq üçün öz mini proqramlarından istifadə edə biləcəklər.