“Fort Boyard”ın keçmiş aparıcısı Patris Laffont 84 yaşında vəfat edib.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, o, infarktdan ölüb.
Xəbərə görə, Laffont anidən özünü yaxşı hiss etməyib.
Laffont 1990-1999-cu illərdə Fransa televiziyasında yayımlanan “Fort Boyard” verilişinin aparıcısı kimi məşhurlaşıb.