20 Avqust 20:25
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zoom" videokonfrans xidməti eyni vaxtda bir milyon iştirakçıya videokonfrans keçirmək imkanı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Bildirlir ki, yeni imkanlar hələlik yalnız ABŞ istifadəçiləri üçün əlçatan olacaq. Həmçinin bir milyon nəfərlik iclas keçirmək istəyənlər 100 min dollar (170 min manat) ödəməli olacaqlar.

Şirkət qeyd edib ki, yeni imkan həm əyləncə, həm də siyasi sahədə kütləvi tamaşaların təşkilinə kömək edəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər