21 Avqust 01:58
1 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Missuri Universitetinin amerikalı alimləri insanın yuxu xronotipinin onun istehlak vərdişlərinə təsir etdiyini müəyyən edib.

Teleqraf.com xəbər verir ki, Araşdırma Psychology & Marketing (P&M) elmi jurnalında dərc olunub.

İnsanlar yuxu vərdişlərinə görə iki qrupa ayrılır, “bayquşlar” və "torağaylar”. “Bayquşlar” gecələr aktiv olur, səhərə yaxın isə yuxuya gedirlər, “torağaylar” isə səhərlər yuxudan tez qalxır və axşamlar saat 10 radələrində yatmağa üstünlük verirlər.

Yeni araşdırmanın göstərir ki, “bayquş” xronotipinə malik insanlar maddi alış-veriş edərkən, müxtəlif əşyalar və avadanlıqlar əldə etdikdə həyatdan həzz alırlar. "Torağaylar" isə əksinə, onlara yeni təcrübə vəd edən şeylərə pul xərcləməyi sevirlər. Məsələn, onlar filmə, muzeyə və ya konsertə biletlər almaqdan daha çox zövq alırlar.

Alimlərin fikrincə, alış-verişə yanaşmalardakı bu fərq bu xronotiplər üçün xarakterik olan zamanın subyektiv qavranılması ilə bağlıdır.

"Bayquşlar" vaxtı və keçmiş hadisələri daha uzaq qəbul edir, ona görə də maddi obyektlərə sahib olmaq onlar üçün daha vacibdir. "Torağaylar" isə təəssüratlarını daha uzun müddət saxlamağa meyllidirlər, buna görə də bir ay əvvəl baş vermiş hadisə onlara güclü emosional təsir göstərir.


Müəllif: Arzu

Oxşar xəbərlər