23 Avqust 23:44
9 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

"WhatsApp" tərtibatçıları çatları fərdiləşdirməyə kömək edəcək yeni funksiya hazırlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Yeni funksiya istifadəçilərə çatlarda fonların rəng sxemlərini fərdiləşdirməyə imkan verəcək. Beləliklə, istifadəçilər gələn və gedən mesajların rənglərini dəyişə, həmçinin söhbət üçün fərdi fon seçə biləcəklər.

Bundan əlavə, "WhatsApp" istifadəçiləri təqdim olunan 10 mətn arasında seçim edə biləcəklər.

Tərtibatçılar qeyd edir ki, yeni funksiya proqramdan istifadə təcrübəsini əhəmiyyətli dərəcədə təkmilləşdirəcək və müxtəlif çatlar arasında fərq qoymağı asanlaşdıracaq. Beləliklə, istifadəçilər şəxsi, iş və qrup söhbətlərini vizual olaraq ayıra biləcəklər.

Hələlik yenilik yalnız iOS-da "WhatsApp"ın beta versiyasının istifadəçiləri üçün əlçatandır. Funksiyanın "Android" və "iPhone"da stabil olaraq nə zaman əlçatan olacağı barədə dəqiq məlumat yoxdur.


Müəllif: Arzu

Oxşar xəbərlər