24 Avqust 18:50
2 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albert Eynşteynin 2 avqust 1939-cu ildə ABŞ prezidenti Franklin Ruzveltə göndərdiyi məktub “Manhetten Layihəsi” ilə nəticələnərək tarixin ən əhəmiyyətli ixtiralarından birininin yaranmasına gətirib çıxarıb.

Teleqraf.com xəbər verir ki, Eynşteynin məktubunda uranın (kimyəvi maddə) yeni enerji mənbəyi kimi istifadə edilməsinin mümkünlüyündən bəhs edilir.

Bu eneji sayəsində son dərəcə güclü bombalar istehsal oluna və onlardan geniş miqyasda istifadə oluna bilər.

Bu məktubdan sonra 2 milyard dollarlıq büdcəyə malik, çox məxfi araşdırma proqramı olan “Manhetten Layihəsi”nə start verilir. Fizikçi Robert Oppenheimerin rəhbərlik etdiyi üç illik layihə tarixin ən əhəmiyyətli və dağıdıcı ixtiralarından birinə, atom bombasının ixtirasına səbəb olur.

1945-ci il avqustun 6-da Yaponiyanın Xirosima şəhərinə "Balaca oğlan" kod adlı bomba atıldı. Bu hadisədən 3 gün sonra isə Naqasakidə daha bir bomba partladıldı. Nəticədə təxminən 200.000 insan öldü və ya yaralandı. Bir çox insan radiasiyanın ölümcül təsirlərinin qurbanına çevrildi.

Eynşteyn, isə öz növbəsində, 1939-cu ildə yazdığı məktubun törətdiyi faciəyə görə təəssüf hissi keçirirdi. O, 1947-ci ildə “Nyusvik” jurnalında “Eynşteyn: Hər şeyi başlayan adam” başlıqlı məqaləsində bir çox məqamlara toxunub.

1954-cü ildə Nobel mükafatı laureatı, kimyaçı Laynus Polinqlə danışarkən Ruzveltə göndərdiyi məktubu "həyatındakı tək böyük səhv" adlandırmışdı.

Məktub bu ilin sentyabrında “Krtisti Nyu-York” hərracında satışa çıxarılacaq. Onun təxminən 4 milyon dollardan yuxarı qiymətə satılacağı ehtimal olunur.

Məktubun hazırda 2 versiyası mövcuddur: “Krtisti Nyu-York”da satışa çıxarılacaq versiya daha qısa məzmunludur. Ağ Evə birbaşa təslim edilən və “Franklin Ruzvelt kitabxanası”nda saxlanılan versiya isə daha uzun və ətraflı hesab olunur.


Müəllif: İradə Tağızadə

Oxşar xəbərlər