Ayaqlarınızı sirkəli suda saxlamaqla bir çox problemdən xilas ola bilərsiniz.
Teleqraf.com xəbər verir ki, ayaqlarınızda həm sağlamlığınızı təhdid edən, həm də estetik görünüşü korlayan qüsurlar varsa, sirkəli su resepti ilə bu problemlərdən azad olmaq mümkündür.
Ayaqları təhdid edən ən böyük sağlamlıq problemlərindən biri göbələkdir. Sirkənin tərkibindəki turşu maddə göbələk və göbələkdən yaranan saralma görüntüsünə qarşı təsirli effekt göstərir.
Sirkə li su ölü hüceyrələrdən xilas olmağa da kömək edir.
Ziyil əmələ gəlməsi ayağın estetik görünüşünü pozan əsas problemlərdən biridir. Müxtəlif faktorlardan yaranan ziyillərin qarşısını almaq üçün pambığı sirkəli suda isladıb ziyil olan yerə çəkərək onlardan qurtulmaq mümkündür.
Həddindən artıq tərləmə, yanlış ayaqqabıların istifadəsi ayaqlarda pis qoxu yaranmasına gətirib çıxarır. Bundan əziyyət çəkən şəxslər sirkəli suya ətirli yağ əlavə edərək pis qoxulardan xilas ola bilər.