25 Avqust 02:00
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul hava limanı gündə orta hesabla 1510 uçuşla bu ay Avropa aeroportları arasında birinci sırada yer alıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Aviasiya Statistika Qurumunun avqust ayına olan hesabatında bildirilib.

Hesabata əsasən, İstanbul aeroportu Avropada ən çox uçuş həyata keçirən hava limanı seçilib.

Siyahıda ikinci sırada Amsterdamdamın “Schiphol” aeroportu (1428 reys), üçüncü yerdə isə olimpiya oyunlarının keçirildiyi Fransanın paytaxtı Parisdəki “Şarl de Qoll” hava limanı (1412 reys) qərarlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər