Pavel Durovun Fransada həbsindən sonra "Telegram" messencerinə nəzarət çox güman ki , messencerin vitse-prezidenti və Durovun "VKontakte" sosial şəbəkəsinin yaradılmasında birlikdə işlədikləri dostu İlya Perekopskiyə keçəcək.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Sosial Şəbəkələrin və Messengerlərin Peşəkar İstifadəçiləri Assosiasiyasının rəhbəri Vladimir Zıkov müsahibəsində deyib.
"Ən yaxşı namizəd İlya Perekopskidir. O, həm Pavelin dostu, həm də "VKontakte"da tərəfdaşıdır".