Astroloji baxımdan 2025-ci il bir çox insanlar üçün dəyişiklik və yeni başlanğıclar ili olacaq. Ancaq bəzi bürclərin bu il digərlərinə nisbətən daha çox şans və fürsətlərlə qarşılaşacağı gözlənilir.
Teleqraf.com 2025-ci ildə ən şanslı, sevgi və pulla xoşbəxt olacaq bürcləri təqdim edir.
Oxatan - Oxatan bürcü üçün 2025-ci il Yupiterin güclü təsiri altına düşməsi şanslarının artmasına səbəb olacaq. Bu il onlara təhsil, səyahət və şəxsi inkişaf baxımından böyük fürsətlər təqdim edəcək. Yeni yerlər, fərqli mədəniyyətlər kəşf etmək üçün əla il olacağı gözlənilir. Eyni zamanda Oxatan bürcünün eşq həyatında müsbət irəliləyişlər ola bilər.
Xərçəng - 2025-ci il xərçənglər üçün yaradıcılıq, özünü ifadə etmək və sosial əlaqələr baxımından düşərli il olacaq. Xüsusən də sənətə marağı olan xərçənglər üçün bu il yaradıcılıqlarını üzə çıxarmaq və tanınmaq üçün əla zamandır. Sevgi həyatında da müsbət irəliləyişlər baş verə bilər. Pul baxımından bolluq enerjisi xərçənglərin qapısını döyəcək.
Dolça - 2025-ci il dolça üçün yeniliklər və dəyişikliklər ili olacaq. Xüsusilə də, karyera və texnologiya sahələrində mühüm fürsətlər qazana bilərlər. İl boyu yaradıcı layihələr və yenilikləri ilə seçilən dolça bürcləri, həm də sosial və humanitar layihələrdə iştirak etmək şansı qazanacaq. 2025-ci il dolça bürclərinin cəmiyyətə töhfə vermək və idealist məqsədlərini reallaşdırmaq üçün böyük şans qazanacağı bir il hesab olunur.
Buğa - Maliyyə məsələləri baxımından uğurlu olan buğalar bu il maddi qazanclarını yaxşılaşdıra bilərlər. Yupiterin dəstəyi ilə buğaların sərmayə qoymaq, yeni gəlir mənbələri tapmaq üçün fürsətləri olacaq.
Əkizlər - 2025-ci il əkizlər üçün ünsiyyət, öyrənmə və sosial əlaqələr baxımından çox uğurlu ildir. Yupiterin dəstəyi ilə onlar yazı, danışma və ya media ilə əlaqəli sahələrdə böyük uğurlar əldə edə bilərlər. Bundan əlavə, əkizlər bürcü insanları bu il ərzində yeni dostluqlar qurmaq və sosial həyatlarını rəngləndirmək imkanı əldə edəcəklər.
Əqrəb - 2025-ci ildə əqrəblər böyük emosional və mənəvi inkişaf yaşaya bilərlər. Maliyyə sahəsində əqrəblər üçün də uğurlu il olacaq; onlar miras, investisiya və ya iş ortaqlığından gəlir əldə etmək şansı qazanacaqlar.